📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa Transxəzər dəhlizini dəstəklədiyini BƏYAN etdi

2023-11-01 16:37:25

Fransa Transxəzər dəhlizini dəstəklədiyini BƏYAN etdi

Fransa prezidenti Emmanuel Makron qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin orta Transxəzər dəhlizinin təşviqi ilə bağlı təşəbbüsünü dəstəklədiyini açıqlayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə tengrinews.kz saytı məlumat yayıb.

“Biz logistika dəhlizinin inkişafında maraqlıyıq. Ukraynada baş verən genişmiqyaslı müharibə logistik təchizat zəncirləri üçün böyük problem yaradıb. Bu baxımdan sizin qətiyyətinizi, Orta Transxəzər dəhlizini inkişaf etdirmək və təşviq etmək istəyinizi alqışlayıram. Bu da bizim niyyətlərimizə uyğundur və ümid edirik ki, bu, regionda dəstək tapacaq”, - deyə Makron bildirib.

Fransa prezidenti Qazaxıstanın logistika məsələlərində çox mühüm strateji rola malik olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın nüfuzlu “Politico” saytı Fransanın Rusiyanın zəifləməsindən istifadə edərək Qazaxıstan və Özbəkistanda mövqelərini möhkəmləndirmək niyyətində olduğunu yazıb. Qazaxıstan və Özbəkistan Fransa üçün uran idxalında olduqca böyük önəmə malikdir.

Musavat.com