📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa XİN: "Fələstin dövlətinin tanınması vaxtı gəlməyib"

2024-05-22 14:49:33

Fransa XİN:

Hurriyyet.az xəbər verir ki, Fransa Fələstin dövlətinin müstəqilliyinin tanınmasının indi zaman baxımından yerinə düşmədiyini bildirib.
Ölkənin xarici işlər naziri Stefan Sejurne deyib: "Fransa hesab edir ki, indi Fələstin dövlətini tanımaq üçün doğru zaman deyil".
Nazir "Frans Press" agentliyinə müahibəsində söyləyib: "Bu qərar faydalı olmalıdır, başqa sözlə, siyasi baxımdan həlledici irəliləyişə yardım etməlidir. Bu baxımdan, bu, lazımi anda baş verməlidir ki, “əvvəl” və “sonra” olsun”.
Onun sözlərinə görə, Fələstin dövlətinin tanınması məsələsində “Fransa üçün heç bir tabu yoxdur”, lakin bu gün iki dövlətin yaradılması yolundakı sülh prosesində “bu qərarın real məna kəsb etməsi üçün tam şərait yetişməyib”.
Hürr Tərcüman