📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa XİN rəhbəri təcili Lavrova zəng etdi

2022-02-19 14:30:00

Fransa XİN rəhbəri təcili Lavrova zəng etdi

Fransa xarici işlər naziri Jan İv Lö Drian rusiyalı həmkarı Sergey Lavrova zəng edib.

Hurriyyet.az xəbər verir ki, fransalı nazir Ukraynanın şərqindəki eskalasiyadan dərin narahatlığını ifadə edib.

Lö Drian bildirib ki, ATƏT-in Donbasda qeydə aldığı pozuntular “Normand formatı” öhdəliklərinə ziddir.