Fransa XİN: “Təcili İranı tərk edin”
2022-10-08 11:19:00
Hurriyyet.az xəbər verir ki, Fransa əsassız həbslər təhlükəsinə qarşı İrandakı vətəndaşlarına ölkəni mümkün qədər tez tərk eləməyi tövsiyə edir. Bu barədə açıqlama Fransanın Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
Nazirlik bildirib ki, İrandakı fransızlar həbs və ədalətsiz mükahimə risklərinə məruz qalırlar və Fransanın Tehrandakı səfirliyinin öz vətəndaşlarını müdafiə eləmək imkanı məhduddur.
Hürr Tərcüman