Fransa yeni raketini sınaqdan keçirdi - Makron izlədi+Video
2026-10-06 23:06:20
Fransa ilk dəfə sualtı qayıqdan buraxılan yeni “M51.3” ballistik raketinin sınağını keçirib.
Hurriyyet.net xəbər verir ki, raket Britani sahillərindən buraxılaraq Şimali Atlantikanın açıq sularına düşüb.
Fransa Prezidenti Emmanuel Makron “Le Vigilant” nüvə sualtı qayığından raketin ilk buraxılışını şəxsən izləyib.
Sınağı qiymətləndirən Makron bu addımın Fransanın nüvə çəkindiriciliyinin etibarlılığını sübut etdiyini bildirib:
“Azad olmaq üçün qorxu yaratmalısan. Qorxu yaratmaq üçün isə güclü olmalısan”.