📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa Yunanıstanın iki gəmisinin İran tərəfindən ələ keçirilməsini pisləyib

2022-05-30 11:29:00

Fransa Yunanıstanın iki gəmisinin İran tərəfindən ələ keçirilməsini pisləyib

Fransanın XİN nazirliyi Yunanıstana məxsus iki gəminin oğurlanmasını beynəlxalq hüquqa zidd adlandıraraq, İranın bu addımını pisləyib. Bu barədə Fransa XİN-in mayın 29-da yaydığı bəyanatında deyilir.

Bəyanatda İranın bu addımı ilə beynəlxalq hüququ ciddi şəkildə pozduğu vurğulanıb və İran hökuməti hər iki gəminin və ekipaj üzvlərinin təcili şəkildə azad edilməsinə çağırılıb. Avropa İttifaqı da dünən Körfəz sularında iki gəminin ələ keçirilməsindən ciddi narahatlığını ifadə edərək, Tehrandan izahat və gərginliyin azaldılmasını tələb edib.
"Biz İranın davranışlarından dərin narahatlığımızı bildirir və ələ keçirilən Yunanıstan gəmiləri ilə bağlı İran hakimiyyətindən dərhal izahat tələb edirik", deyə Avropa İttifaqının bəyanatında bildirilib.
Bəyanatda vurğulanıb ki, gəmiçilik azadlığı və azad ticarət Avropa İttifaqının dəstəklədiyi prinsiplər sırasındadır.

Ülviyyə, Hurriyyet.az