📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransada 1 800-dək liseydə etiraz aksiyaları keçirilib

2026-10-06 20:33:27

Fransada 1 800-dək liseydə etiraz aksiyaları keçirilib

Fransada təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirilən etiraz aksiyaları çərçivəsində təxminən 1 800 liseydə dərslər dayandırılıb, məktəblərin girişləri bloklanıb və ya təhsil müəssisələri bağlanıb.

Bu barədə "Le Parisien" Fransa lisey şagirdlərinin həmkarlar ittifaqına istinadən məlumat yayıb.

Təşkilat aksiyalarda iştirak səviyyəsinin rekord həddə çatdığını bildirib.

Oktyabrın 5-də Lans şəhərində 15 yaşlı yeniyetmə polis tərəfindən istifadə olunan qumbaranın partlaması nəticəsində əlindən və qolunun bir hissəsindən məhrum olub. Hadisə ilə bağlı araşdırma aparılır.

Fransa hökuməti isə müəllim çatışmazlığının aradan qaldırılması, məktəb binalarının təmiri və təhsil şəraitinin yaxşılaşdırılması ilə bağlı təkliflərin hazırlanacağını açıqlayıb.