Fransada 400 etirazçı həbs edildi
2023-06-30 12:16:00
Hurriyyet.az xəbər verir ki, Fransada kütləvi iğtişaşların üçüncü gecəsi 400 nəfərdən artıq vətəndaş saxlanılıb. Onların əksəriyyətinin 14-18 yaşlı yeniyetmələr olduğu bildirilir. Bu barədə məlumatı “Fiqaro” nəşri Fransa DİN-dəki mənbələrə istinadla verib.
Xatırladaq ki, Fransada kütləvi etirazlar polisin 17 yaşlı gənci öldürməsindən sonra başlayıb.
Etirazçılar maşınları yandırırlar, binaların şüşələrini sındırırlar, asayiş keşikçiləri ilə dalaşırlar. Fransa mətbuatının yazdığına görə, bu gecə Parisdə azı iki mağaza, o cümlədən “Nayk” şirkətinin dükanı zərər çəkib. 40 nəfərə yaxın Fransa vətəndaşı onun qarət edilməsində iştirak ediblər.
Hürr Tərcüman