Fransada bir qadının üzərinə meteroit düşüb
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Fransada bir qadın rəfiqəsi ilə qəhvə içərkən onu meteroit vurub. Adı açıqlamayan qadın evinin damına dəyib sıçrayan kiçik göy daşının hədəfinə çevrilib.
Fransa mətbuatına müsahibə verən qadın deyib: “Yanımızdakı damdan güclü səs gəldiyini eşitdim. Ardından dərhal qabırğalarımda bir şok hiss elədim. Heyvan və ya yarasa olduğunu güman elədim. Sement parçasına oxşatdıq. Lakin daşın rəngi yox idi”.
Qadının üzərinə düşən sirli nəsnəni araşdıran geoloq Tyerri Robmann cismin dəmir və silikon qarışığından ibarət olduğunu bildirib. Bu da həmin əşyanın həqiqətən göy daşı olması ehtimalını qüvvətləndirir.
NASA hər gün 48 tona yaxın meteroitin Yer planetinə endiyini təxmin eləsə də, bunların çox böyük bir qismi insan yaşamayan bölgələrə, yaxud da dənizlərə düşür. Meteroitlərin insanları vurduğu ilə bağlı çox az sayda fakt qeydə alınıb.
1945-ci ildə ABŞ-da bir qadının üzərinə 9 kiloluq meteroitin düşdüyü faktı qeydə alınıb. Daş damı sındıraraq evə düşüb. İndiyə qədər bu meteroitin insanı vurması ilə bağlı yeganə rəsmi fakt hesab edilir.
Hürr Tərcüman