📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransada çinli turistlər yaralandı- Azərbaycan XİN vətəndaşlarımıza çağırış edir

2023-07-03 10:23:00

Fransada çinli turistlər yaralandı- Azərbaycan XİN vətəndaşlarımıza çağırış edir

Çinin Marseldəki Baş Konsulluğu Fransaya şikayət edib.

Buna səbəb çinli turist qrupunu daşıyan avtobusun şüşələrinin sındırılması və nəticədə sərnişinlərin xəsarətlər almasıdır.

Baş Konsulluq Fransanı Çin vətəndaşlarının və onların əmlakının təhlükəsizliyini təmin etməyə çağırıb.

Açıqlamada deyilir ki, hadisədən sonra çinli turistlər Fransanı tərk edib.

Hurriyyet.az xatırladır ki, ötən həftə Azərbaycan Xarici İşlər Nazirliyi Fransadakı iğtişaşlarla əlaqədar vətəndaşlara müraciət edib.

Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə Fransa Respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Fransadakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Fransadakı Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

ÜNVAN: 78, avenue d'Iéna Paris 75116
TEL: +33 (0) 1 44 18 60 20
FAKS: +33 (0) 1 44 18 60 25
E-MAIL: [email protected]
[email protected]

Musavat.com