📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransada da meymun çiçəyi virusu aşkar edildi

2022-05-20 15:08:00

Fransada da meymun çiçəyi virusu aşkar edildi

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Parisdə meymun virusuna ilk yoluxma halı qeydə alınıb. Bu barədə açıqlamanı Fransanın Səhiyyə Nazirliyinin mətbuat xidməti verib.

Nazirlikdən bildiriblər ki, xəstəliyə 29 yaşlı adam yoluxub və o, hal-hazırda izolyasiyadadır. Xəstəliyin ciddi ağırlaşmaları olmadığı qeyd edilir. Xəstə müymun virusunun yayıldığı ölkələrdə olmayıb.

Hürr Tərcüman