Fransada dövlət əhalini qaz və elektrik enerjisinə qənaət eləməyə çağırdı
2022-03-28 17:08:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Fransada əhalini qaza qənaət eləməyə çağırıblar. Fransanın Energetikanın Nizamlanması Komissiyasının sədri Jan-Fransua Karenko qarşıdakı qış müddətində tədarükdə müəyyən çatışmazlıqlar olacağı ehtimalına qarşı respublika sakinlərini elektrik enerjisinə və qaza qənaət eləməyə çağırıb. Karenko deyib: “Artıq indidən Fransada qaza və elektrik enerjisinə qənaət eləmək lazımdır, yoxsa, gələn qış hər şey pis ola bilər”.
Onun sözlərinə görə, hamı səy göstərməlidir – sənaye sektoru, xidmət sahələri, dövlət təşkilatları və bütün Fransa vətəndaşları elektrik və istilik enerjisinin istehlakını məhdudlaşdırmalıdırlar.
Hürr Tərcüman