📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransada Ermənistanın hərbi tələbatı ilə bağlı forum keçiriləcək

2024-06-14 12:48:00

Fransada Ermənistanın hərbi tələbatı ilə bağlı forum keçiriləcək

Hurriyyet.az xəbər verir ki, Fransa Ermənistanın "hərbi tələbatının öyrənilməsi üçün" forum təşkil edir.
Ermənistan mətbuatının yazdığına görə, iyunun 18-də Fransanın Müdafiə və Mühafizə Sənayesi Təşkilatının (GİCAT) pavilyonunda keçiriləcək EUROSATORY sərgisi çərçivəsində Ermənistan-Fransa forumu keçiriləcək. Forum Ermənistanın müdafiə sahəsində tələbatına və Fransa ilə mövcud əməkdaşlığına həsr ediləcək.
Konfransda Ermənistanın müdafiə naziri Suren Papikyan, yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan, GİCAT təmsilçiləri, həmçinin Fransa-Ermənistan Ticarət-Sənaye Palatasının üzvləri iştirak edəcəklər.
Bəlli olduğu kimi, Ermənistanın Müdafiə Nazirliyi İrəvandakı Fransa səfirliyi vasitəsilə rəsmi Parisə müraciət edərək, Ermənistan ərazisində məhdud hərbi kontingent yerləşdirilməsini təklif edib. Səbəb olaraq, "Fransa Respublikasının tədarük etdiyi silahlara texniki xidmətin və onlardan istifadə təcrübəsinin öyrədilməsinə" ehtiyac göstərilir. Bu barədə dünən erməni və rus dillərində olan "Teleqram" kanallarında məlumat verilib.
Hürr Tərcüman