Fransada inflyasiya rekord həddə çatdı
2022-06-15 21:45:00
Fransada ötən ay illik inflyasiya səviyyəsi 5,2%-ə çatıb. Bu, 1985-ci ildən bəri ən yüksək göstəricidir.
Bu barədə ölkənin Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu məlumat yayıb.
Məlumata görə, bu dövrdə ölkədə enerji qiymətləri 27,8%, xidmətlər 3,2%, ərzaq qiymətləri 4,3%, digər məhsulların qiymətləri isə 3% bahalaşıb. \\Margin.az