📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransada liseyin qarşısında atışma olub, yaralananlar var

2022-09-03 20:52:00

Fransada liseyin qarşısında atışma olub, yaralananlar var

Fransanın cənubundakı Nitsa şəhərində liseyin qarşısında atışma baş verib.

Bu barədə BFM telekanalı məlumat yayıb.

Atışma nəticəsində azı 4 nəfər yaralanıb.

“Nice-Matin” qəzeti xəbər verir ki, xəsarət alanlar arasında liseyin 17 yaşlı şagirdi də var.

Polis atəş açan şəxsi hadisə yerində tapmayıb. İlkin məlumatlara görə, atəş pnevmatik silahdan və yaxınlıqdakı evlərdən birinin pəncərəsindən açılıb.

Ərazidə ictimai nəqliyyatın fəaliyyəti müvəqqəti olaraq dəyişdirilib. \\Report