📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransada nüvə müharibəsinə hazırlıq: Sualtı qayıqlar dənizə çıxdı

2022-03-25 09:00:00

Fransada nüvə müharibəsinə hazırlıq: Sualtı qayıqlar dənizə çıxdı

Fransa son bir həftə ərzində nüvə hazırlığı yüksək səviyyəyə yüksəldib.

Hurriyyet.az "France 24"ə istinadla xəbər verir ki, ballistik raketlər buraxa bilən 4 fransız "Triomphant" sualtı qayığından 3-ü açıq dənizə çıxıb.

Qeyd edək ki, bu 4 sualtı qayıq Fransanın nüvə təhlükəsizliyi qüvvələrinin bir hissəsidir.

Maraqlısı isə budur ki, həmin 4 sualtı qayıqdan 3-ü Soyuq müharibə dövründən sonra ilk dəfədir ki, açıq dənizə çıxır.