📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransada ötən gün 471 etirazçı saxlanılıb

2023-07-01 10:05:00

Fransada ötən gün 471 etirazçı saxlanılıb

Fransada hazırda davam edən iğtişaşlar fonunda iyunun 30-dan iyulun 1-nə qədər 471 nəfər saxlanılıb. 

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı ölkənin daxili işlər naziri Jerald Darmanen açıqlayıb. 

Nazir hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşmək üçün səhər saatlarında Mant-la-Joli şəhərinə səfər edib. 

Xatırladaq ki, iyunun 27-si Fransada 17 yaşlı əlcəzairəsilli oğlanın Paris ətrafındakı Nanter ərazisində polisin açdığı atəş nəticəsində ölməsindən sonra ölkəni etiraz dalğası bürüyüb. Daha əvvəl yayılan məlumatda, 600-dən çox etirazçının saxlanıldığı bildirilirdi.

qafqazinfo.az