Fransada polis zorakılığına qarşı aksiyada 30 mindən çox insan iştirak edib - VİDEO - YENİLƏNİB
2023-09-24 00:26:00
Parisdə polis zorakılığına qarşı nümayiş etirazçılarla polis arasında toqquşmaya çevrilib.
Fransanın daxili işlər naziri Jerald Darmanin bunu qəbuledilməz zorakılıq adlandırıb.
Paris polisinin rəhbəri Loran Nunezin X (keçmiş Twitter) səhifəsində yerləşdirdiyi videoda hərəkətdə olan polis avtomobilinin dəmir linglərlə vurulduğu görünür.
Aksiyada 3 nəfər saxlanılıb.\\\APA
***
22.39
Fransada polis zorakılığına qarşı nümayişlərdə iştirak edənlərin sayı 31 min nəfər təşkil edib.
Bu barədə France Bleu radiostansiyası Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Nümayişçilər arasında həm həmkarlar ittifaqları və tələbə hərəkatlarının, həm də siyasi partiyaların nümayəndələri olub.\\\APA