📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransada Putinə yaxın oliqarxlar yoxlanılacaq

2022-07-26 00:03:00

Fransada Putinə yaxın oliqarxlar yoxlanılacaq

Fransa Milli Maliyyə Prokurorluğu rusiyalı oliqarxların daşınmaz əmlakını yoxlamaq qərarına gəlib. 

Bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Xüsusilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə əlaqəli olan iş adamlarının yoxlanılacağı bildirilir.

Məlumata görə, “Transparency International” antikorrupsiya ictimai təşkilatı rusiyalı oliqarxların çirkli pulların yuyulması faktları ilə bağlı şikayət verib. 

İstintaq çirkli pulların yuyulması, korrupsiya cinayətləri, dövlət vəsaitlərinin mənimsənilməsi və vergidən yayınma kimi ağır cinayətlərin təşkilatçılarına qarşı yönəlib. İş Ağır Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib. \\Redaktort.az