📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransada saxlanılan iğtişaşçıların sayı açıqlandı

2023-07-04 11:36:00

Fransada saxlanılan iğtişaşçıların sayı açıqlandı

Ötən gecə Fransada polis və jandarmlar 72 iğtişaşçını saxlayıblar.

Hurriyyet.az xəbər verir ki, bu barədə BFM TV bildirib.

Onların 24-ü Paris regionunda tutulub.

Qeyd olunur ki, indiyədək iğtişaşlarda 3,5 minə yaxın insan saxlanılıb.

Xatırladaq ki, Fransada iğtişaşlar polisin tələblərini yerinə yetirməkdən imtina edən 17 yaşlı sürücünün öldürülməsindən sonra başlayıb.