📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransada saxlanılan Rusiyaya adi tanker Marsel limanına göndərilib

2026-01-23 21:51:33

Fransada saxlanılan Rusiyaya adi tanker Marsel limanına göndərilib

Murmanskdan yola çıxandan sonra Fransada saxlanılan tanker Marsel-Fos limanına göndərilib.

APA xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, 24 yanvar səhər saatlarında gəmi limana çatacaq.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Aralıq dənizində Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən Rusiyadan gələn bir tankerin saxlanıldığını açıqlamışdı.