Fransada son bir ayda antisemitizm aktlarının sayı 1100-ə çatıb, 490 nəfər saxlanıldı
2023-11-07 21:59:38
Fransada son bir ayda antisemitizm aktlarının sayı demək olar ki, 1100-ə çatıb və 490-dan çox insan saxlanılıb.
Bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanen "Sud Radio" radiostansiyasının efirində bildirib.
"Mindən çox antisemitizm aktı qeydə alınıb. Oktyabrın 7-dən bəri Parisdə və onun ətrafında 257 antisemitizm aktı baş verib", - o vurğulayıb.\\Report