📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransada tələbə üsyanı böyüyür - Fotolar

2026-10-07 10:21:05

Fransada tələbə üsyanı böyüyür - Fotolar

Fransada tələbələrin təhsil sistemindəki problemlərə etiraz olaraq keçirdiyi aksiyalar geniş vüsət alıb.

Hurriyyet.net xarici “Francepress”ə istinadən xəbər verir ki, oktyabrın 6-da Fransanın müxtəlif şəhərlərində onminlərlə tələbə, müəllim və valideyn küçələrə axışıb.

Etirazçılar məktəblərdə müəllim çatışmazlığına, siniflərin həddən artıq yüklənməsinə, köhnəlmiş və yararsız təhsil binalarına, eləcə də təhsil sistemindəki bərabərsizliyə qarşı çıxırlar. Tələbələr həmçinin təhsilə daha çox maliyyə ayrılmasını tələb edirlər.

Məlumata görə, ölkə üzrə yüzlərlə liseydə dərslər dayandırılıb və məktəblərin girişləri bloklanıb. Lisey şagirdlərinin milli birliyi təxminən 3700 məktəbdən 1800-nün blokadaya alındığını və ya fəaliyyətini dayandırdığını açıqlayıb.

Bəzi şəhərlərdə etirazlar qarşıdurma ilə nəticələnib. Lion, Strasburq və Renn şəhərlərində nümayişçilərlə polis arasında toqquşmalar baş verib, hüquq-mühafizə orqanları gözyaşardıcı qazdan istifadə edib. Hadisələr zamanı xəsarət alanların olduğu bildirilir.

Etirazlar zamanı ölkə üzrə 6 100-dən çox insan saxlanılıb. Onların əksəriyyətinin yetkinlik yaşına çatmayanlar olduğu bildirilir. Həmçinin 1 800-dən çox şəxs barəsində cinayət işi başlanılıb.