Fransada yeni iğtişaş hazırlığı: Ölkə boyunca insanlar ayağa qalxırlar
Fransada bütün ölkə boyunca yeni tətil dalğasına hazırlıq görülür.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri məlumat verib.
Qeyd olunur ki, həmkarlar ittifaqlarının ümumxalq tətilinə çağırışı ilə yüz minlərlə insan küçələrə çıxa bilər.
"Bütün Fransada yüz minlərlə insanın nümayişə qoşulması gözlənilir ki, bu da xəstəxana işçilərini, aviadispetçerləri, poçt işçilərini, müəllimləri və dəmiryolu işçilərini təsir altına alacaq", - deyə bildirilib.
Xatırladaq ki, Fransadakı etiraz hərəkatı sentyabrda müəllim çatışmazlığından və həddindən artıq yüklənmiş cədvəllərdən narazı olan tələbələrin etirazları ilə başlayıb. Əhalinin alıcılıq qabiliyyətinin azalmasına və yanacaq qiymətlərinin artmasına etiraz edən həmkarlar ittifaqları və "sarı jiletlilər" hərəkatının nümayəndələri də etirazlara qoşulublar.