📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransada Yeni il gecəsi 490 nəfər həbs edildi - 690 avtomobil yandırıldı - VİDEO

2023-01-02 15:09:00

Fransada Yeni il gecəsi 490 nəfər həbs edildi - 690 avtomobil yandırıldı - VİDEO

Fransada polis Yeni il gecəsi 490 nəfəri həbs edib, iğtişaşlar zamanı isə 690 avtomobil yandırılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Fransanın daxili işlər naziri Jerald Darmanin bildirib ki, bayram gecəsində ölkə küçələrində 90 min polis və jandarm vəzifə başında olub:

“Onlar arasında da xəsarət alanlar var”.

Qeyd edək ki, ötən Yeni il gecəsi Fransa küçələrində 441 nəfər saxlanılıb, 874 avtomobil yandırılıb.

Bizim.Media