📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransada zəlzələ

2023-06-17 11:51:00

Fransada zəlzələ

Hurriyyet.az xəbər verir ki, Fransanın qərbində baş verən zəlzələ nəticəsində bir çox binalar və infrastruktur şəbəkələri zədələnib. Bu barədə məlumatı “Dyo-Sevr” prefekturası öz “Tvitter” səhifəsində paylaşıb.

Açıqlamada deyilir: “Hesabatda bir vətəndaşın yüngül yaralandığı barəsində məlumat verilib. Xilasedicilər çalıırlar. Ölkənin cənub-qərbindəki tikililərin çoxuna maddi zərər dəyib”.

Fransanın cənub-qərb rayonlarında dünən gecədən bəri 5 və 5,3 bal gücündə iki zəlzələ baş verib.

Hürr Tərcüman