Fransadakı hadisələr Belçikada əks-səda verdi – həbs edilənlər var
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Fransada 17 yaşlı gəncin polisin açdığı atəş nəticəsində ölməsinin ardından baş verən hadisələrə kütləvi etirazlara Belçikada da qoşulanlar olub. Belçikanın paytaxtı Brüsseldə 50, Lyöj şəhərində isə 30 nəfərin saxlanıldığı bildirilir.
Brüssel polisi cümə axşamı gecəsi şəhər mərkəzlərində bəzi avtomobillərə od qoyan, yolkənarı daşları sökərək avtobus və tramvay dayanacaqlarına zərər verən 64 iğtişaşçının, cümə günü axşam saatlarında isə əlavə olaraq 50 nəfər nümayişçinin həbs edildiyini bildirib.
Bu şəxslərin bir gün əvvəlki hadisələrin baş verdiyi ərazidə toplaşan gənclər olduğu, gənclərin üzərlərindən “ətrafa zərər vermək üçün istifadə edilə biləcək əşyalar” tapıldığı bildirilir. Polis profilaktik tədbir kimi 50 nəfəri saxlayıb.
Hürr Tərcüman