📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransadan açıqlama: “Mariupol yeni Hələbdir”

2022-03-28 17:47:00

Fransadan açıqlama: “Mariupol yeni Hələbdir”

Hurriyyet.az "Yeni Şafak" nəşrinə istinadla xəbər verir ki, Fransanın  Avropa və xarici işlər naziri Jan İv Lö Drian Ukraynanın Rusiya tərəfindən mühasirəyə alınmış Mariupol şəhərini Suriyanın bombalanmış Hələb şəhəri ilə müqayisə edərək deyib: “Mariupol yeni Hələbdir”. Lö Drian bu sözləri Qətərin paytaxtında keçirilən Doha Forumunda ABŞ mətbuatına müsahibəsində söyləyib. O, Rusiya ordusunun Mariupol şəhərini mühasirəyə alınmasından danışarkən, Mariupola yardım eləmək üçün heç bir addım atılmayacağı təqdirdə, bunun “kollektiv müqəssirlik” olacağını bildirib.

Jan İv Lö Drian deyib: “İşğalçı bir qüvvə var və öz məqsədinə çatmaq üçün Mariupol əhalisini əsir götürüb. Bu, həqiqətən də qəbuledilməzdir”.

Hürr Tərcüman