Fransadan Donbas açıqlaması: Vəziyyət çox ağırdır
2022-02-22 14:02:00
Rusiya “dxr” və “lxr”i tanımaqla Minsk razılaşmaları ilə bağlı beynəlxalq öhdəliklərindən imtina etdi.
Hurriyyet.az xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-İv Lö Drian deyib.
“Söhbət beynəlxalq hüququn pozulmasından, Ukraynanın suverenliyinə və bütövlüyünə qəsd cəhdindən gedir; söhbət Rusiyanın beynəlxalq öhdəliklərindən və Minsk razılaşmaları üzrə öhdəliklərdən imtina etməsindən gedir. Vəziyyət çox ağırdır”, - Drian bildirib.