📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransadan Kremlə hücumla bağlı açıqlama

2023-05-04 13:21:00

Fransadan Kremlə hücumla bağlı açıqlama

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Fransanın Xarici İşlər naziri Katrin Kolonna Kreml üzərindəki dron insidenti ilə bağlı açıqlama verib.

Kolonna “Frans-enter” radiokanalına açıqlamasında deyib ki, bu hadisənin təsviri üçün o, “qəribə”, yaxud da “sirrli” sözlərindən istifadə edilə bilər.

Nazir “Ukraynanın müdafiəsinə yardımı davam etdirməyin lazım olduğunu” əlavə edib.

Xəbər verildiyi kimi, RF Prezidentinin mətbuat xidməti çərşənbə gecəsi dövlət başçısının Kremldəki iqamətgahına dron zərbəsi cəhdi edildiyini, lakin prezidentin zərər çəkmədiyini, hücum edən dronun isə zərərsizləşdirildiyini bəyan etmişdi.

Hürr Tərcüman