Fransadan Rusiya ilə bağlı açıqlama: “Bir neçə gün qalıb”
2022-05-10 12:30:00
Avropa İttifaqı Macarıstanı mövqeyindən döndərməyə çalışır
Hurriyyet.az xəbər verir ki, Fransanın Xarici İşlər Nazirliyi Rusiyaya qarşı neft embarqosunun “bir neçə günün məsələsi” olduğunu bəyan edib.
Fransanın Xarici İşlər Nazirliyi yanında dövlət katibi Klemen Bon LCI telekanalının efirində suallara cavab verərkən Avropa İttifaqının yaxın günlərdə Rusiyadan neft idxalına embarqo qoyacağını bildirib. O, Macarıstanın tərəddüdünün yaxın zamanda dəf edilə biləcəyini güman etdiyini söyləyib. Xatırladaq ki, Budapeşt Rusiyadan neft idxalının qadağan edilməsinin əleyhinə çıxış edir.
Hürr Tərcüman