"Fransanın baş dərddədir" - ELXAN ŞAHİNOĞLU
"Ermənilərin dərdini çəkən Fransa yaxın müddətdə ölkədəki yəhudilərlə ərəbləri bir-birindən necə ayıracağını düşünmək məcburiyyətindədir"
"Fransanın baş dərddədir. İsrail-HƏMAS qarşıdurması Fransada yaşayan ərəblərlə yəhudiləri üz-üzə qoyub. Fransada 7 milyona yaxın ərəblə yanaşı, Avropada ən böyük 500 minlik yəhudi diasporu mövcuddur". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq qeyd edib ki, Fransada son günlər sinaqoqların divarlarına antisemit yazılar artıb: "Yəhudilər Fransada hücuma məruz qalacaqlarından narahatdırlar. Ermənilərin dərdini çəkən Fransa yaxın müddətdə ölkədəki yəhudilərlə ərəbləri bir-birindən necə ayıracağını düşünmək məcburiyyətindədir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az