Fransanın bəzi şəhərlərində polis zorakılığı və etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilməsi bizi narahat edir - Azərbaycan XİN
2024-06-12 11:46:23
Fransanın bəzi şəhərlərində polis zorakılığı və etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilməsi bizi narahat edir. Bu fikri Azərbaycan XİN bildirib.
“Sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarından istifadə edən dinc etirazçılara qarşı həddindən artıq güc tətbiqi qəbuledilməzdir. Biz Fransa hökumətini vəziyyəti təcili olaraq deeskalasiya etməyə çağırırıq”, deyə Azərbaycan XİN-nin X sosial şəbəkəsindəki səhifəsində münasibət bildirilib.
Ülviyyə, Hurriyyet.az