📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransanın casus şəbəkəsi ifşa edilib

2024-02-20 16:25:04

Fransanın casus şəbəkəsi ifşa edilib

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla  xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı ölkə ərazisində Fransanın casus şəbəkəsini aşkar edib. Üç nəfər həbs edilib. Onların fəaliyyəti bir neçə ay ərzində müşahidə olunub.  
Həbs edilənlərin bir il ərzində Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) üçün casusluq fəaliyyəti ilə məşğul olduqları bəlli olub.
İstanbul polisi ilə kəşfiyyat əməkdaşlarının birgə əməliyyatı nəticəsində ölkəni tərk eləməyə çalışan casuslar yaxalanıblar. Onların üçünün də suriyalı olduğu bildirilir. 
Hürr Tərcüman