📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransanın hərbi təyyarələri havada toqquşdu

2024-08-14 22:45:30

Fransanın hərbi təyyarələri havada toqquşdu

Fransız hərbi təyyarələri havada toqquşub.

Bu haqda ölkənin müdafiə naziri Sebastian Lekornu “X” hesabında yazıb.

Onun sözlərinə görə, toqquşan iki hərbi təyyarədə pilotlardan biri özünü havadan atıb.

Azı bir pilot və bir sərnişin isə itkin düşüb:

“Pilotlardan biri tapılıb, araşdırmalar hələ də davam edir. Silahlı qüvvələrə kömək etmək üçün yerli əməliyyat mərkəzi işə salınıb, xahiş edirik ki, ərazidən uzaq durasınız”. \\Qafqazinfo