📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransanın Müdafiə naziri Kiyevdədir – Makronun qərarından sonra

2022-12-28 17:12:00

Fransanın Müdafiə naziri Kiyevdədir – Makronun qərarından sonra

Hurriyyet.az xəbər verir ki, Fransanın Silahlı Qüvvələr naziri Sebastyan Lekornyu Ukraynaya səfər edib.

Lekornyunun Kiyevə səfərindən bir neçə gün əvvəl Fransa Prezidenti Emmanuel Makron Ukraynaya yeni silahlar göndərilməsini təsdiq eləmişdi.

2023-cü ildə Fransanın Ukraynaya göndərəcəyi silahlar arasında “Sezar” (“Ceaser”) özüyeriyən artilleriya qurğuları da olacaq. Makron onların sayı barəsində açıqlama verməyib.

Noyabrın axırında Fransa Ukraynaya dördüncü dəfə LRU yaylım atəşi reaktiv sistemini göndərmişdi.

Hürr Tərcüman

В Киев прибыл министр обороны Франции Себастьен Лекорню