📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransanın XİN rəhbəri Kolonna Əliyevlə Paşinyan arasında mümkün görüşü anons verib

2023-05-05 13:19:00

Fransanın XİN rəhbəri Kolonna Əliyevlə Paşinyan arasında mümkün görüşü anons verib

Fransanın baş diplomatı Əliyevlə Paşinyan arasında mümkün görüşü anons verib. Belə ki, Fransanın xarici işlər naziri Kolonna Azərbaycan və Ermənistan arasında Avropa səviyyəsində növbəti danışıqların may ayında baş tutacağını bildirib və iyunun 1-də Kişnyovda Avropa Siyasi Birliyinin 2-ci sammiti çərçivəsində iki ölkə liderlərinin görüşünün mümkünlüyü ehtimalını səsləndirib.

Kolonna belə qeyd edib: “Biz Ermənistanla Azərbaycan arasındakı situasiya ilə Azərbaycanın daxilində ermənilərin məskunlaşdığı anklav olan Dağlıq Qarabağdakı situasiya arasında fərq qoymalıyıq”.

Ülviyyə, Hurriyyet.az