📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransanın “yardımı”na Rusiyadan reaksiya

2023-08-30 15:56:17

Fransanın “yardımı”na Rusiyadan reaksiya

Moskva Rusiyanın Ermənistanla Azərbaycan arasında münasibətləri normallaşdırmaq səylərinə zidd olmayan, onları təkrarlamayan və ya xələl gətirməyən istənilən təşəbbüsləri alqışlayır.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“Digər tərəfdən, Fransanın bu sahədəki fəaliyyəti hamıya məlumdur. Belə vasitəçilik səyləri çərçivəsində münaqişənin hər iki tərəfinin - həm Ermənistanın, həm də Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Və bu olmadan, artıq kifayət qədər qızdırılmış vəziyyətdə hər hansı bir irəliləyişə inanmağa dəyməz”, - Zaxarova bildirib.