📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransaya demişik ki, Azərbaycan... - Çavuşoğlu

2024-04-04 13:04:51

Fransaya demişik ki, Azərbaycan... - Çavuşoğlu

Başda Fransa olmaqla, bəzi ölkələr Ermənistanı əks istiqamətə yönəldir.

Hurriyyet.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

“Biz bunu dəfələrlə fransız nümayəndələrinə demişik. Ermənistanı başqa yolla dəstəkləməyə çalışmasınlar. Unutmasınlar ki, can Azərbaycan heç vaxt yalnız deyil”, - o bildirib.

axar.az