📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransaya növbəti zərbə Almaniyadan gəldi: Parisdən hamı üz döndərir...

2021-10-01 16:25:00

Fransaya növbəti zərbə Almaniyadan gəldi: Parisdən hamı üz döndərir...

Fransa hərbi sifarişlər, hərbi-texniki əməkdaşlıqdan və dünyanın müxətlif nöqtələrində hərbi qüvvə mövcudluğundan məhrum olur. Bunu "Defence News" nəşrində ortaya qoyulan məlumatlar da təsdiq edir.

Parisin növbəti məyusluq hekayəsi son zamanlar Afrika, Asiya-Sakit okean, hətta Avropada silah sistemləri üzrə birgə işlərdə əməkdaşlıqdan imtina ilə yazılır. İmtina edənlərin istiqaməti isə ABŞ-adır. Belə ki, İtkilər siyahısına Almaniya da qoşuldu. İri miqyaslı hərbi-sənaye layihələrinin həyata keçirilməsində Fransanın ənənəvi tərəfdaşı olan Almaniya ABŞ-ın Boeing firmasından 5 ədəd sualtı qayıq əleyhinə "P-8A Poseidon" təyyarələri almağa dair müqavilə imzalayıb. Əgər əvvəl buelə bir fikir var idisə ki, Almaniya fransız-alman birgə işbirliyi sayəsində sualtı qayıq əleyhinə təyyarələri almaq üçün 2035-ci ilə qədər gözləməli olacaq, indi köhnəlmiş "Orion" parkının Amerika istehsalı olan "Poseidon"larla əvəzlənəcəyi açıqlanır. Bu isə o deməkdir ki, hərbi istehsal sahəsində birgə alman-fransız əməkdaşlığı dövrünü başa vurur. 
Ülviyyə, Hurriyyet.az