📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Fransızlar bizə qabaqcıl texnologiyalara malik silahlar verir" – Qriqoryan Paşinyanı ifşa etdi

2024-03-02 17:29:48

“Fransa Ermənistanla irimiqyaslı hərbi-texniki əməkdaşlığa başlayıb”.

Hurriyyet.az xəbər verir ki, bunu İctimai Televiziyaya müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Buunla da o, Paşinyanın beynəlxalq ictimaiyyəti “sülh nağıllları “ ilə aldatdığını ifşa edib. Ermənistanın sülhə deyil, müharibəyə hazırlaşdığı məlum olub.

Fransanın tədarük etdiyi silahların çeşidinin məhdud olması və real silahların olmaması ilə bağlı əks-arqumentlərə gəlincə, Qriqoryan belə fikirlərə təəccübləndiyini bildirib.

"Fransızlar bizə qabaqcıl texnologiyalara malik silahlar verir", - Qriqoryan vurğulayıb.

Azpolitika.info