FT: “Türkiyə Finlandiya ilə İsveçin NATO-ya daxil olması üçün danışıqları blokladı”
Türkiyə razılıq verməsə, müraciətlərə baxılmayacaq
Hurriyyet.az xəbər verir ki, İngiltərə mətbuatı Türkiyənin Finlandiya ilə İsveçin NATO-ya daxil olmaq müraciətlərinə baxılmasını blokladığını bildirib. FT (Financial Times) nəşrinin yazdığına görə, bu barədə alyansdakı mənbələr məlumat verib. Nəşr yazır: “NATO (təşkilatına üzv olan ölkələrin – red.) səfirləri Finlandiya ilə İsveçin çərşənbə günü etdikləri müraciətindən dərhal sonra qəbul məsələsi ilə bağlı danışıqlara başlamaq üçün görüşüblər. Lakin Ankaranın əngəlləməsi hər hansı bir səsvermənin keçirilməsini qeyri-mümkün edib”.
Qeyd edilir ki, bu vəziyyət alyansın qarşıdakı bir-iki həftə ərzində Skandinav ölkələrinin müraciətlərinə baxılmasının birinci mərhələsini həll eləmək imkanını şübhə altına qoyur.
Qərarı NATO üzvü olan ölkələrin 30-u da təsdiqləməlidir. Lakin bu proses yalnız alyansın qəbul barəsində protokol təqdim edib, formal olaraq həmin ölkələri NATO-ya dəvət eləməsindən sonra başlaya bilər.
Hürr Tərcüman