📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fuad Nəcəfli Türkiyə konsulu ilə GÖRÜŞDÜ

2023-02-10 17:03:00

Fuad Nəcəfli Türkiyə konsulu ilə GÖRÜŞDÜ

Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya ilə görüşüb.

Hurriyyet.az xəbər verir ki, səlahiyyətli nümayəndə Türkiyədə baş verən zəlzələdə həlak olanlarla bağlı bir daha başsağlığını çatdırıb, öz növbəsində Baş konsul göstərilən yardımlara və dəstəyə görə təşəkkür edib.

Görüşdə ölkələrimiz arasındakı strateji tərəfdaşlıqdan bəhs edilib, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının ikitərəfli münasibətlərdəki yeri və əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub.

bizim.media