"Fujitsu" Rusiya biznesini ləğv etmək prosesinə başladı
2023-10-16 15:26:27
Yaponiyanın elektronika istehsalçısı və infrastruktur həlləri təminatçısı "Fujitsu" Rusiya hüquqi şəxs olan Fujitsu Technology Solutions MMC-nin ləğvi prosesinə başlayıb.
Hurriyyet.az xəbər verir ki, Rusprofile xidmətinin məlumatına görə, ləğvetmə tarixi 15 avqust 2024-cü il tarixinə təyin edilib.
Bundan əvvəl RBC bu barədə məlumat vermiş və Fujitsu-ya sorğu göndərmişdi.
Nəşrin məlumatına görə, "Fujitsu" Ukraynada xüsusi hərbi əməliyyata başlayandan sonra birbaşa məhsul və xidmətlərin çatdırılmasını dayandırıb, lakin hələlik Rusiya bazarından tam çəkildiyini elan etməyib./Valyuta.az/