📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Futbol əfsanəsi Pele vəfat etdi

2022-12-30 11:41:00

Futbol əfsanəsi Pele vəfat etdi

Üçqat dünya çempionu Pele 82 yaşında vəfat edib. Bu barədə onun qızı Keli Nasimentu İnstaqramda məlumat verib.
“Bizim nəyimiz varsa sənin sayəndədir. Səni sonsuz sevirik. Rahat yat”, deyə o yazıb. Keçmiş futbolçunun ölümünü onun agenti Co Fraqa da təsdiqləyib. Baş verənlərlə bağlı başqa təfərrüatlar xəbər verilməyib.
Xəbər verilmişdi ki, dekabrın 26-da Pele ailəsi ilə vidalaşmağa başlamışdı. Qeyd olunurdu ki, çempionun vəziyyəti hər gün pisləşirdi.

Ülviyyə, Hurriyyet.az