📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Futbol Federasiyasının binası atəşə tutuldu – 11 güllə atıldı

2022-09-02 08:43:00

Futbol Federasiyasının binası atəşə tutuldu – 11 güllə atıldı

Hurriyyet.az xəbər verir ki, hadisə dünən axşam saaatlarında baş verib.

“Anadolu Agentliyi”nin məlumatına görə, naməlum şəxslər Türkiyə Futbol Federasiyasının İstanbuldakı mənzil qərargahına silahlı basqın ediblər.

Silahlı hücum binada TFF rəhbərliyinin iclasının keçirildiyi zaman edilib. Naməlum şəxslər ard-arda atəş açdıqdan sonra avtomobilə minərək cinayət yerini tərk ediblər.

Güllələrdən biri direktorlar şurasının sədrinin – Türkiyə yığmasının keçmiş yarımmüdafiəçisi Hamit Altıntopun başının yaxınlığından keçib. İnsident zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu TFF-in mərkəzi binasında açıqlama verərək, 11 dəfə atəş açıldığını, 5 mərminin binaya dəydiyini, qısa müddət ərzində iki nəfər sərxoş şübhəlinin yaxalandığını bildirib.

Hürr Tərcüman