📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Futbolçu oyun zamanı DÜNYASINI DƏYİŞDİ

2021-12-27 20:23:00

Futbolçu oyun zamanı DÜNYASINI DƏYİŞDİ

Əlcəzair klubu "Molodiya Sayda"nın kapitanı Sofiyan Lokar dünyasını dəyişib.

Futbolçunun matçın ortasında ürəyi tutub. Hadisə Əlcəzairin 2-ci liqasında keçirilən "Molodiya Sayda" - "Oran" qarşılaşması zamanı baş verib.

30 yaşlı Lokar oyun zamanı qəfil yerə yıxılıb. Onun infarkt keçirdiyi aşkarlanıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb. Əlcəzairli azarkeşlər kapitanları üçün yas tutarkən onun bir həftə əvvəl evləndiyi üzə çıxıb.

Ötən gün xorvatiyalı futbolçu Marin Çaçiçin də eyni səbəbdən ölüm xəbəri yayılmışdı. \\Qaynarinfo