📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Futbolçunu bıçaqlayan şəxs saxlanıldı

2026-02-04 09:57:31

Futbolçunu bıçaqlayan şəxs saxlanıldı

"Kəpəz" klubunun futbolçusu Veysəl Rzayevi bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Hurriyyet.org-a DİN-in Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində V.Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.