Futbolçunu oyun zamanı ildırım vurub öldürdü (VİDEO)
2023-12-12 22:08:59
Braziliyada 21 yaşlı futbolçu Kayo Enrike de Lima Qonsalveş "União Jairense” – "Unidos” matçı zamanı ildırım vurması nəticəsində ölüb.
Hurriyyet.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, "Globo Esporte” nəşri məlumat yayıb.
Faciə Santo Antonio da Platina şəhərində keçirilən Həvəskarlar Regional Kubokunun ilk tur matçında baş verib.
İldırım vurması nəticəsində daha 6 nəfər xəsarət alıb, onların hamısı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yerli xəstəxanaya yerləşdirilib.