📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Futbolun kralı vəfat etdi

2022-12-29 23:32:00

Futbolun kralı vəfat etdi

Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib.

Bu barədə "Assosiated Press”ə istinadən xəbər veririk.

Qeyd edək ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. Veteran futbolçu sonradan bir neçə dəfə xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, 1940-cı il təvəllüdlü Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Əfsanəvi idmançı Beynəlxalq Futbol Federasiyasının versiyasına görə XX əsrin ən yaxşı futbolçusu elan edilib.

Hücumçu Braziliyanın "Santos" (1956-1974-cü illər) və Amerikanın "Nyu-York Kosmos" (1975-1977) komandalarının heyətində çıxış edib. Pele karyerası ərzində 1 279 qolla Ginnessin "Rekordlar” kitabına düşüb. \\Qaynarinfo